Altı Avropa ölkəsi, o cümlədən Almaniya, Fransa və Böyük Britaniya Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın telefon danışığından sonra Kiyevə dəstəyi artırmaq qərarına gəliblər.
Bizimxeber.az "Financial Times"a istinadən bildirir ki, Aİ ölkələri amerikalı müttəfiqləri ilə əməkdaşlıq çərçivəsində gələcək fəaliyyətləri müzakirə etmək arzusunda olduqlarını bildiriblər. Avropalı siyasətçilər də Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiq olduqlarını qeyd ediblər.
"Ukrayna və Avropa istənilən danışıqlarda iştirak etməlidir" deyə Aİ dövlətlərin bəyanatında deyilir.