Ai-dən Gürcüstana sanksiya - Vizasız rejim ləğv edilir

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib ki, Gürcüstanda son 12 gündə cərəyan edən hadisələr Avropa İttifaqı tərəfindən sanksiyaların tətbiqini tələb edir.

Aİ-nin nümayişlərə qarşı təzyiqlərə mümkün cavabları arasında o, “müəyyən kateqoriya pasportlar” üçün vizasız rejimin dayandırılmasını sadalayır;

Həmçinin - "bütün 27 ölkənin konsensusunda" şəxsi sanksiyalar tətbiq etmək və üzv ölkələrin "vəhşiliklərə göz yummaqda çətinlik çəkəcəyinə" ümid edir.

Səfir bu məsələlərin yaxın həftə ərzində həll olunacağını deyir.