Ağcabədidə kənd zibilliyə çevrildi - VİDEO

Ağcabədi rayonunda məişət tullantıları qalaqlanıb. Rayonun Nəcəfqulubəyli kəndi ərazisində yolboyu zibil qutuları yerləşdirilməyib. 

Belə ki, sakinlər zibili yol kənarına atırlar. Bu isə ərazinin zibillənməsinə və ətrafı üfunət qoxusunun bürüməsinə səbəb olur. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb: “Sözügedən ərazinin Xidmətin əməkdaşlarının nəzarəti altında Ağcabədi rayonu Nəcəfqulubəyli Bələdiyyəsinin əməkdaşları tərəfindən təmizlənməsi işlərinə başlanılıb. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyə sədri Fərid İbrahimova məcburi göstəriş verilib”.