Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"ına qarşı Binəqədi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə keçiriləcək məhkəmənin vaxtı bilinib.
İşə oktyabrın 10-da hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ifaçı məhkəmədə "Medera Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi" üzrə iddia qaldırıb.
Xalq artisti Ağadadaş Ağayevin bir müddət əvvəl sözügedən klinikanın mühafizəçisi ilə dava videosu yayılmışdı. Xalq artisti əlində balta ilə "Medera Hospital"ın mühafizəçinizinin üzərinə hücum etmişdi. Atdığı balta isə orada çalışan təmizlikçi qadın Nəzakət Paşayevaya dəyərək onu yaralayıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.