Ağadadaş Ağayevə bu cəza verildi

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb. 

Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, A.Ağayevə 1 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Ağadadaş Ağayevlə insident yaşayan Nurəddin Cəlilovun da məhkəmə araşdırması tamamlanıb.

Hökmə əsasən, N.Cəlilova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.