Vaşinqton şəhərinin meri Muriel Bouzer Ağ Evin yaxınlığındakı küçədən “Qaraların həyatı önəmlidir” lövhəsinin götürülməsi qərarını verib.
Bizimxeber.az bildirir ki, bu barədə Associated Press məlumat yayıb.
Nəşrin məlumatına görə, bu qərar prezident Donald Trampın və respublikaçıların nəzarətində olan Konqresin təzyiqləri ilə bağlıdır.
"Divar rəsm milyonlarla insanı ilhamlandırdı və şəhərimizə çox ağrılı bir zamanda kömək etdi, lakin biz hazırda Konqresin mənasız müdaxiləsi ilə diqqətimizi yayındıra bilmərik" deyə Bowser X sosial media səhifəsində yazıb.
Bundan əvvəl Dövlət Departamenti ABŞ səfirliklərində LGBT və BLM bayraqlarının nümayişini qadağan etmişdi.