Yaxın günlərdə ABŞ Ukraynaya təhlükəsizlik yardımı ilə bağlı əlavə açıqlamalar verəcək.
Bizimxeber.az bildirir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik sahəsində kommunikasiyalar üzrə müşaviri Con Kirbi yanvarın 3-də keçirdiyi brifinqdə bildirib.
Müşavir başqa təfərrüatları açıqlamayıb.
Kirbi yanvarın 20-də yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimindən əvvəl Rammstein formatında Ukraynaya dəstək üçün növbəti görüşün keçirilməsinin mümkünlüyünü də etiraf edib.
Xatırladaq ki, dekabrın 30-da ABŞ Ukraynaya təxminən 2,5 milyard dollar məbləğində müdafiə yardımı paketi elan edib.
O, Pentaqonun anbarlarından Ukraynaya 1,25 milyard dollar dəyərində silah və texnikanın ötürülməsini, həmçinin Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində 1,22 milyard dollar məbləğində yeni silahlar üçün sifarişlərin verilməsini nəzərdə tuturdu. Kirbi bildirib ki, bu paket xüsusilə Ukrayna üçün hava hücumundan müdafiə sistemlərini əhatə edəcək.