Ağ Ev Türkiyədəki terroru pislədi - FOTO

“ABŞ Türkiyənin İstanbul şəhərində bu gün (dünən - red) baş verən zorakılıq aktını qətiyyətlə pisləyir”.

Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer “Twiter” hesabında yazıb. 

Ağ Ev rəsmisi terror aktında yaralananlara şəfa diləyib, yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib. “Biz terrorla mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik”, - Ağ Evin mətbuat katibi sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, dünən Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.