Ağ Ev Rusiyaya qarşı ATACMS zərbələrinə icazə verdiyini təsdiqlədi

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli ATACMS raketlərini vurmaq üçün icazə aldığını təsdiqləyib.

Bizimxeber.az bildirir ki, bu barədə keçirdiyi brifinq zamanı bildirib.

Kirbinin sözlərinə görə, ABŞ ATACMS raketlərinin istifadəsi ilə bağlı təlimatları dəyişib və indi ukraynalılar onlardan konkret tipli hədəfləri vurmaq üçün istifadə edə bilərlər:"İndi onlar təcili ehtiyac yarandıqda özünümüdafiə üçün ATACMS-dən istifadə edə bilərlər. İlk olaraq Kursk vilayətində istifadə olundu" -deyə  Ağ Ev nümayəndəsi bildirib. 

O, “ATACMS-dən necə istifadə etdiklərini, hədəfləri necə müəyyənləşdirdiklərini, ondan nə üçün istifadə etdiklərini və bunu nə dərəcədə yaxşı bacardıqlarını” söyləməyi Ukrayna tərəfinin ixtiyarına buraxıldığını deyib. 

Bununla da Kirbinin sözləri Ukraynanın Rusiyaya Amerikanın uzaqmənzilli silahları ilə zərbə endirmək icazəsi aldığının ilk rəsmi təsdiqi olub.