Ağ Ev Putinin nüvə təhdidini ciddi qəbul edib

Ağ Ev Rusiya prezidenti Vladimir Putinin Rusiyanın ərazi bütövlüyünü qorumaq üçün istənilən vasitədən istifadə etməyə hazır olması barədə sözlərini şərh edib.

Bizimxeber.az bildirir ki, Birləşmiş Ştatlar onun nüvə silahı ilə bağlı dediklərinə ciddi yanaşır, lakin hələlik strateji çəkindirmə qüvvələrinin hazırlığının artırılmasına ehtiyac görmür.