Ağ Ev - "ABŞ Rafaha hücuma görə İsrailə dəstəyini kəsməyəcək"

"ABŞ İsrailə dəstəy siyasətini dəyişməyəcək".

Bizimxeber.az bildirir ki, bunu ABŞ prezidentinin administrasiyasının rəsmisi Con Kirbi açıqlayıb.

Kirbi zərbənin ABŞ siyasətində dəyişikliyə səbəb olub-olmayacağı ilə bağlı suala belə cavab verib: “Mən siyasətdə hər hansı dəyişiklikdən danışa bilmərəm”.

Onun sözlərinə görə, İsrail prezident Co Baydenin hücum silahlarının tədarük edilməməsi ilə bağlı “qırmızı xəttini” pozmayıb, çünki o, başlamayıb və ABŞ-ın fikrincə, Qəzzanın cənubundakı şəhərə qurudan tam miqyaslı işğala başlamayacaq.

"Gördüyümüz hər şey bizə deyir ki, onlar Rəfahın mərkəzindəki əhali mərkəzlərində genişmiqyaslı quru əməliyyatına keçmirlər" .