Yunanıstanın 2023-cü ilin ən dəhşətli qatar faciəsinin ikinci ildönümünü anmaq üçün 28 fevralda Afinada böyük etiraz aksiyası keçirilib.
Bizimxeber.az bildirir ki, faciənin 57 qurbanının xatirəsini yad etmək məqsədilə 200 minə yaxın insan parlamentin yaxınlığında toplaşıb. Lakin etiraz aksiyası zamanı qarşıdurma baş verib.
Aksiya iştirakçıları, faciə və Yunanıstanın nəqliyyat sistemindəki problemlərə etiraz olaraq çevik qüvvə polisinə daş və molotof kokteylləri atıblar. Polis isə etirazçıların qarşısını almaq üçün gözyaşardıcı qaz istifadə edib.