AFFA “Sumqayıt”ı cərimələdi

AFFA İntizam Komitəsi “Sumqayıt” klubunu 800 manat məbləğində cərimələyib. 

Buna “gənclik şəhəri” təmsilçisinin 4 futbolçusunun “Qəbələ”yə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda sarı vərəqə alması səbəb olub.

Qeyd edək ki, qarşılaşma "Sumqayıt"ın 0:1 hesablı məğlubiyyəti ilə bitib.