Aeroport yolunda ağır qəza  - Sərnişin avtobusu aşdı - 5 ölü, azı 20 yaralı

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.

***

Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 20 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 08:00 olan məlumata əsasən 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb.

***

İlkin məlumata görə, qəza nəticəsində hadisə yerində 5 nəfər həlak olub.