“Abzas Media” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə olacaq

“Abzas Media” işi üzrə ittiham olunan şəxslərin ibtidai istintaqı başa çatıb.

Bu barədə Bizimxeber.az-a vəkil Zibeydə Sadıqova məlumat verib.

Z.Sadıqova deyib ki, ötən gün istintaq orqanı yekun sənədlər elan edib. Vəkillər 20 cildlik iş materialları ilə tanış olduqdan sonra cinayət işləri baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, “Abzas media” işi üzrə aparılan istintaqla saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova, iqtisadçı Fərid Mehralızadə həbs ediliblər. Onlara  qaçaqmalçılıq, vergidən yayınma, cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma və digər maddələrlə ittiham edilirlər.