Pentaqon rəhbəri Pete Hegseth ABŞ-ın Ukraynaya qoşun göndərməyəcəyini təsdiqləyərək, prezident Donald Trampın tezliklə sülh razılaşmasına ümid etdiyini vurğulayıb.
Bizimxeber.az bildirir ki, ABŞ müdafiə nazirinə yeni administrasiyanın Ukraynaya ABŞ qoşunlarının göndərilməsinə, xüsusən də silah təchizatına nəzarət etmək üçün açıq olub-olmayacağı ilə bağlı sual verilib: “Biz Amerika qoşunlarını Ukraynaya göndərmirik”.
O, həmçinin qeyd edib ki, prezident Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün tez razılaşmaya sadiqdir.