ABŞ qoşunlarını Nigerdən çıxarır

ABŞ qüvvələrinin Afrika ölkəsi olan Nigerdən çıxarmaq üçün danışıqlara başlayıb.

Bizimxeber.az bildirir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin verib. Hər iki tərəf arasında danışıqlar Niameydə keçirilir. 

Məlumatda bildirilir ki, görüşdə Amerika tərəfini ABŞ-ın Nigerdəki səfiri Ketlin Fitzibbon və ABŞ-ın Afrika Komandanlığının nümayəndəsi Ken Ekman təmsil edəcək.