ABŞ Yunanıstana F-35 qırıcıları verməyə razılaşdı

ABŞ istehsalı olan F-35 qırıcılarının Yunanıstana verilməsinə dair razılıq əldə olunub.

Bizimxeber.az bildirir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədr müavini Cim Riş  sözügedən qırıcıların Yunanıstana təhvil verilməsinə dair sənədi imzalayıb. Bu barədə məlumatı Yunanıstanın in.gr informasiya portalı təsdiqləyib.

Qeyd edək ki, ötən il ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez (D-NJ) F-35 qırıcılarının Yunanıstana çatdırılmasını təsdiqləyən sənədi imzalamışdı. Prosedura əsasən, komitənin sədr müavini Respublikaçılar Cim Rişdən razılıq aldıqdan sonra ABŞ administrasiyası F-35-lərin Yunanıstana satılması barədə Konqresə məlumat verəcək və müdafiə müqaviləsinin ratifikasiyası üçün müəyyən edilmiş qaydada həyata keçiriləcək.