ABŞ yeni Suriya hökumətini dəstəkləyəcəyini elan etdi

"Terrorizmdən əl çəkəcək, kimyəvi silah anbarını məhv edəcək, azlıqların və qadınların hüquqlarını qoruyacaq yeni Suriya hökumətini tanıyacaq və dəstəkləyəcəyik".

Bizimxeber.az bildirir ki, bu bəyanatla ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.

Dövlət katibi qeyd edib ki, Birləşmiş Ştatlar Suriyada etibarlı, əhatəli və məzhəbsiz hökumətə gətirib çıxarmalı olan siyasi keçid prosesinə tam dəstəyini bir daha təsdiqləyir.

“Keçid prosesi və yeni hökumət, həmçinin azlıqların hüquqlarına tam hörmətlə yanaşmaq, bütün ehtiyacı olanlara humanitar yardım axınını asanlaşdırmaq, Suriyanın terror bazası və ya qonşuları üçün təhlükə kimi istifadə edilməsinin qarşısını almaq üçün açıq öhdəliklərə əməl etməlidir. Suriyanın gələcəyini Suriya xalqı həll edəcək və bütün ölkələr əhatəli və şəffaf prosesə dəstək verməli və kənar müdaxilələrdən çəkinməlidir".

Blinken, "Birləşmiş Ştatlar bu prosesdən çıxacaq gələcək Suriya hökumətini tanıyacaq və tam dəstəkləyəcək. Biz Suriyanın bütün müxtəlif icma və təşkilatlarına lazım olan bütün dəstəyi verməyə hazırıq".