ABŞ Prezidenti Donald Tramp xarici investorlar üçün viza proqramını Amerika vətəndaşlığına aparan yol kimi 5 milyon dollara alına bilən qondarma “qızıl kart”la əvəz etmək ideyasını irəli sürüb.
Bizimxeber.az bildirir ki, bu barədə "Reuters" məlumat verib.
Tramp jurnalistlərə deyib ki, o, ABŞ-da iş yerləri yaradan və ya qoruyub saxlayan külli miqdarda pulu olan xarici investorlara daimi sakin olmağa imkan verən EB-5 immiqrant investor vizası proqramını sözdə “qızıl kart”la əvəz edəcək.
EB-5 proqramı Amerika bizneslərinə sərmayə qoymağı vəd edən əcnəbilərə “yaşıl kartlar” təqdim edir. "Biz qızıl kartı satacağıq" deyə Tramp bildirib: "Biz bu kartı təqribən 5 milyon dollara qiymətləndirəcəyik. Bu sizə yaşıl kart imtiyazları verəcək, üstəlik (ABŞ) vətəndaşlığına gedən yol olacaq və zəngin insanlar bu kartı alaraq ölkəmizə gələcəklər".
Jurnalistin rus oliqarxlarının qızıl kartları almaq hüququ olub-olmayacağı ilə bağlı sualını cavablandıran Tramp əlavə edib ki, ola bilsin ki, bu insanlar onlara uyğun olacaq. "Bəli, ola bilər. Mən çox yaxşı insanlar olan bəzi rus oliqarxlarını tanıyıram".