"ABŞ vədinə əməl etsə, bizim parlament də vədinə əməl edəcək" - Ərdoğan

Türkiyə parlamenti ABŞ prezidenti Co Bayden administrasiyası Ankaraya F-16 qırıcılarının satışının yolunu açarsa, İsveçin NATO-ya üzv olmaq istəyini ratifikasiya etmək vədinə əməl edəcək.

Bizimxeber.az bilririr ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken keçən həftə Nyu Yorkda İsveçin NATO-ya üzvlük müraciətini müzakirə ediblər. O qeyd edib ki, ABŞ administrasiyası F-16 qırıcılarının Türkiyəyə satışını Ankaranın İsveçin müraciətini ratifikasiyası ilə əlaqələndirir. “Əgər onlar (ABŞ) vədlərinə əməl etsələr, bizim parlament də vədinə əməl edəcək. İsveçin NATO-ya üzvlük məsələsində son sözü Türkiyə parlamenti deyəcək”.