ABŞ və Polşa vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırıb

ABŞ-ın Moskvadakı səfirliyi Amerika vətəndaşlarını Rusiyanı dərhal ölkəni tərk etməyə çağırıb.

Məlumatı RBC yayıb.

“ABŞ vətəndaşları Rusiyaya səyahət etməkdən çəkinməlidirlər. Hazırda Rusiyada yaşayan və ya şəxsi səyahət etmək üçün məhdud imkanlar qaldığı halda dərhal ölkəni tərk etməlidirlər”, – deyə açıqlamada deyilir.

Bildirilir ki, amerikalı diplomatlar Rusiyada qismən səfərbərliklə bağlı vəziyyətdən narahatdırlar və ikili vətəndaşlığı olan şəxslərin də bu vəziyyətə düşə biləcəyini etiraf edirlər.

Polşa Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına Rusiya ərazisini tərk etməyi tövsiyə edib. “Rusiyanın ərazisində olan Polşa vətəndaşlarına kommersiya və şəxsi vasitələrlə onun ərazisini tərk etmələri tövsiyə olunur”, – səfirlik belə qeyd edib.

Həmçinin Polşa Xarici İşlər Nazirliyi Ukraynada baş verənlər və Rusiya hakimiyyəti tərəfindən Polşanın dost olmayan dövlət kimi tanınması ilə əlaqədar vətəndaşlarını Rusiyaya səfər etməkdən imtina etməyə çağırıb.

Açıqlamada Polşanın Rusiyadakı diplomatlarının və konsulluq işçilərinin sayının azalması ilə əlaqədar birbaşa konsulluq yardımı göstərmək imkanlarının son dərəcə məhdudlaşması da qeyd olunub.

Eyni zamanda, Polşa vətəndaşlarına xəbərdarlıq edilir ki, təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya ağır durumda evakuasiya xeyli çətinləşə, hətta qeyri-mümkün ola bilər. Bundan əvvəl Bolqarıstan Xarici İşlər Nazirliyi vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb və bu ölkədə olanlara daha çox sayıq olmağı tövsiyə edib. 

Avqust ayında ABŞ-ın Ukraynadakı səfirliyi öz vətəndaşlarını raket hücumları təhlükəsi fonunda Ukraynanı tərk etməyə çağırmışdı.