"ABŞ və Çin liderləri yenidən görüşəcək" - Ağ Ev

ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpinq San-Fransiskoda keçiriləcək sammitdə yenidən görüşmək barədə razılığa gəliblər.

Bizimxeber.az bildirir ki, bu barədə Amerika administrasiyasının Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Onlar yenidən görüşəcəkləri barədə razılığa gəliblər, lakin onların təqvimlərində tarix hələ göstərilməyib”, - deyə Kibri deyib.

Çin prezidenti ilə ABŞ-ın hazırkı prezidenti arasında danışıqlar Baydenin prezident kimi fəaliyyətə başladığı 2021-ci ilin yanvarından bəri yeddinci təmas olub. İki dövlətin başçıları ikinci dəfə şəxsən görüşüblər.Si Cinpin son altı ildə ilk dəfə ABŞ-a səfər edirdi.