ABŞ və Britaniya açıq terrora keçirlər - Narışkin

ABŞ və Böyük Britaniya öz dominantlıqlarını itirdikləri üçün açıq terrora keçirlər.

Bizimxeber.az bildirir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “Razvedçik” jurnalına müsahibəsində deyib.

"Vaşinqton və London dominantlıq dövrünün bitdiyini etiraf etməkdən imtina edirlər. Onlar əslində nə baş verdiyini anlayır. Bəzən anqlosakslar, necə deyərlər, əsəblərini itirirlər. Bu, xüsusən də onların açıq terrora keçməsi və rəqiblərini fiziki cəhətdən məhv etmək cəhdləri ilə ifadə olunur”, - Narışkin bildirib.