ABŞ “Vaqner”i transmilli cinayətkar təşkilat elan etdi

"Maliyyə Nazirliyi Rusiyanın “Vaqner” özəl hərbi şirkətini “ciddi transmilli cinayət təşkilat" kimi təsnif edir". 

TASS xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. 

O bildirib ki, ABŞ gələn həftə ona qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. 

Kirbinin sözlərinə görə, təşkilata qarşı əlavə sanksiyalar da tətbiq edilə bilər.