Yeni and içmiş prezident Donald Tramp ABŞ-ı Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarmaq və Paris razılaşmasını rədd etmək barədə qərarlar verib.
Bizimxeber.az bildirir ki, o, ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında sərəncam imzalayıb.
İnauqurasiyadan sonra Ağ Evə qayıdan Tramp öz imzası ilə sələfi demokrat Co Baydenin qərarını ləğv edib. Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması barədə qərarını prezidentliyinin ilk dövründə, 2020-ci ildə qəbul edib. Prezident Bayden 2021-ci ildə Trampın qərarını ləğv edib.
Yanvarın 20-də Ağ Evə qayıdan Tramp ABŞ-ın təşkilatdan çıxmasını ÜST-nin COVID-19 pandemiyası zamanı yanlış hərəkətləri, təşkilatın lazımi islahatları həyata keçirə bilməməsi və ədalətsiz yüksək səviyyədə olması ilə izah edib. Tramp bildirib ki, ÜST artıq ABŞ-ı qarət edə bilməz.