ABŞ Ukraynaya uzaqmənzilli silah göndərəcək

ABŞ Prezidenti Co Bayden administrasiyası Ukraynaya uzaqmənzilli reaktiv yaylım atəşi sistemlərinin göndərilməsini təsdiq edib.

Bu barədə məlumatı “The New York Times” yayıb.

Məlumata görə, sözügedən sistemlərin göndərilməsi barədə məlumatın gələn həftə açıqlanacağı gözlənilir. 

Buna baxmayaraq, rəsmi şəxslər Ukraynaya məhz hansı tip raketlərin göndəriləcəyi barədə detallı məlumat verməyib.