ABŞ Ukraynaya silah verməyə davam edəcək, amma...

"Ukrayna Amerika silahlarını almağa davam edəcək, lakin onun “müharibəyə son qoymaq” istəyini nəzərə alaraq, bu tədarüklərin olduğu qədər böyük olmayacaq".

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ prezidenti Tramp deyib. 

Trampın “sülh olmasa, Ukraynaya daha çox silah göndərməyi” planlaşdırıb-göndərmədiyini soruşduqda, o, ABŞ-ın çoxlu silah göndərməyə yox, müharibəyə son qoymağa çalışdığını bildirib.

"Cavab bəli. Amma ümid edirəm ki, biz çoxlu (silah-red.) göndərməyə ehtiyac duymayacağıq, çünki bunun tez bir zamanda həyata keçirilməsini səbirsizliklə gözləyirəm", - ABŞ prezidenti əlavə edib.

Ukrayna prezidenti Donald Trampla mineral hüquqlarına dair saziş imzalamaq üçün Ağ Evə gəlib. Görüşdə Zelenski Trampa deyib ki,  qatil və terrorçu adlandırdığı Vladimir Putinlə ərazi kompromisləri mümkün deyil. Dövlət başçısı görüşdə Trampa Rusiya əsirliyində olan  ukraynalı məhbusların fotolarını da nümayiş etdirib.