ABŞ Ukraynaya saatda təxminən 2,5 milyon dollar ayırır.
Bizimxeber.az bildirir ki, bunu Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri, amerikalı general-leytenant Cozef Keyt Kelloq “Fox News”a müsahibəsində deyib.
O, ABŞ-ın Ukraynaya 18 milyard dollar dəyərində iqtisadi, humanitar və hərbi yardım göstərdiyini xatırladıb: “Bu, Amerika vergi ödəyicisinin puludur. Amerikalılara izah etmək lazımdır ki, biz bunu niyə edirik, niyə Ukraynadayıq, orada olmalıyıqmı və hadisələrin arzu olunan nəticəsi nədir”.