"ABŞ heç vaxt Ukraynanı dəstəkləməkdən imtina etməyəcək. Bəlkə də olacaqlar, amma 2023-cü ildən sonra. Mənə elə gəlir ki, 2023-cü ildə öhdəsindən gələcəyik".
Bizimxeber.az bildirir ki, bu barədə Zelenskinin ofisinin rəhbərinin müşaviri Oleksiy Aretoviç deyib.
Arestoviç əlavə edib ki, ABŞ-ın dəstəyi dayandırılacağı təqdirdə, Ukrayna təkbaşına mübarizəni davam etdirəcək: "Birincisi, bizim Avropa dəstəyimiz var, həm də qeyri-Avropa dəstəyimiz var. Üçüncüsü, biz ən böyük ölkəyik, ən azı hərbi-sənaye kompleksimiz var”.
Arestoviç həmçinin əlavə edib ki, Ukrayna kömək üçün Çinə müraciət edə bilər.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Ukraynada sülhün ABŞ-dan asılı olduğunu bildirib. Orban qeyd edib ki, Amerika Birləşmiş Ştatları onlara hərbi və maliyyə yardımı göstərdiyi müddətcə ukraynalı əsgərlər döyüşə biləcək. “Ukrayna ancaq ABŞ onu pul və silahla dəstəklədiyi müddətcə döyüşə bilər. Əgər amerikalılar sülh istəyirlərsə, sülh olacaq”, - baş nazir bildirib.