ABŞ Ukrayna münaqişəsinə görə nə qədər qazanıb? - ŞOK RƏQƏMLƏR

ABŞ Ukraynadakı münaqişə səbəbindən 2024-cü maliyyə ilində rekord gəlir əldə edib.

Bizimxeber.az bildirir ki, bu barədə “Ouest-France” qəzeti Dövlət Departamentinin dərc olunmuş məlumatlarına istinadən yazıb.

Məqalədə qeyd olunub ki, Amerikanın silah və hərbi texnika ixracı 318,7 milyard dollar təşkil edib.

Silah və texnikanın ixracı əvvəlki hesabat dövrü ilə müqayisədə 29% artıb. Jurnalistlər Ukrayna böhranının inkişafı ilə bağlı göstəricilərin yüksəldiyini qeyd ediblər.

Səbəb isə odur ki, Kiyevə silah ehtiyatı göndərən ölkələr onları doldurmaq istəyir. Buna görə də Amerikanın müdafiə şirkətlərindən sifarişlər verirlər. Lockheed Martin, General Dynamics və Northrop Grumman bu işdə qalib mövqedədirlər.

Bundan əvvəl bildirilmişdi ki, NATO ölkələri son üç ildə Kiyevə 191,2 milyard dollar (187 trilyon rubl) ayırıb. Sosial xərclərə yönəldilən maliyyə yardımı 43,3 milyard dollar (4,2 trilyon rubl), humanitar yardım 13,4 milyard dollar (1,3 trilyon rubl), silah təchizatı isə 133,4 milyard dollara (13 trilyon rubl) çatıb. Ümumi məbləğin 103,8 milyard dolları (10 trilyon rubl) ABŞ tərəfindən təmin edilib. Vaşinqton əsas silah tədarükçüsü, humanitar yardım və Ukrayna büdcəsinin əsas donoru olub.