"ABŞ üçün vacid olan Krımın alınmasıdır" - General Ben

"Ukrayna Donbasdan əvvəl Krım üzərində nəzarəti ələ keçirməlidir" . 

Bizimxeber.az bildirir ki, bu çağırışı ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, general Ben Hodges edib .

“Nə qədər ki, Rusiya təyyarələri, pilotsuz uçuş aparatları və ya Qara dəniz donanması buradan fəaliyyət göstərə bilsə, Ukrayna heç vaxt təhlükəsiz olmayacaq və iqtisadiyyatını bərpa edə bilməyəcək” - deyə general bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Rusiyanın Qara dəniz donanmasının Krımda təhdid etdiyi müddətcə Mariupol və Odessa limanlarından istifadə edə bilməyəcək.