ABŞ İsrailin müdafiəsini dəstəkləməyə hazır olduğunu açıqlayıb.
Bizimxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Naziri Lloyd Ostin məlumat verib.
Pentaqon rəhbəri israilli həmkarı ilə telefonla danışaraq Vaşinqtonun İsrailin müdafiəsinə sadiqliyini bir daha vurğulayıb. ABŞ-ın İsraili İran və onun regional tərəfdaşlarının istənilən hücumundan qorumaq öhdəliyini təsdiqləyib.
Qeyd edək ki, avqustun 25-də səhər saatlarında “Hizbullah” hərəkatının üzvləri İsraildəki hərbi obyektlərə 320-dən çox raket atıblar. Buna cavab olaraq, İsrailin Müdafiə Naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.