Vaşinqton SEPAH üzvlərinə müxalifləri təqib etmək və Amerika vətəndaşları da daxil olmaqla terror aktları hazırlamaq ittihamı ilə sanksiyalar tətbiq edib.
Bizimxeber.az bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
“Tədbir İranda və Türkiyədə yerləşən Qüds Qüvvələri (SEPAH-ın hərbi xüsusi təyinatlı bölməsi - red.) ilə əlaqəli olan üç şəxs və şirkətə, habelə İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin iki yüksək səviyyəli nümayəndəsinə aiddir və onların təşkilində iştirak edir.
Agentliyin izah etdiyi kimi, sanksiyalar Türkiyənin “Rey Airlines” aviaşirkətinə, o cümlədən keçmiş ABŞ rəsmilərinin, ABŞ və İsrail vətəndaşlarının qətlinin təşkili cəhdlərində əli olan bir sıra İran və Türkiyə vətəndaşlarına şamil edilib.