ABŞ senatoru Menendez 11 il azadlıqdan məhrum edildi

ABŞ-ın Dairə Məhkəməsi keçmiş senator Robert Menendesi qızıl külçələr və nağd pul alması ilə bağlı illərlə davam edən rüşvət və korrupsiya sxeminə görə 11 il həbs cəzasına məhkum edib.

Bizimxeber.az bildirir ki, bu barədə “Amerikanın səsi” xəbər verib. 

Bir vaxtlar Vaşinqtonda ən güclü Demokratlardan biri olan Nyu Cersi ştatının keçmiş senatoru Robert Menendez illərlə davam edən rüşvətxorluqda təqsirli bilinərək və digər ölkələrin nümayəndələrini cəlb etdikdən sonra məhkum edilib.

Aşağı Manhettendə məhkəmədə iştirak edən amerikalı media müxbirlərinin bildirdiyinə görə, Aşağı Manhettendə məhkəmə zalı dolu olub, lakin hakim ABŞ-da federal siyasətçiyə verilən ən uzun hökmlərdən birini çıxararkən sükut hökm sürüb.

Menendez ABŞ-ın Dairə Hakimi Sidney Steynə iki dəfə əfv üçün müraciət etdib və bütün həyatını dövlət qulluğunda keçirdiyini vurğulayıb. 

Lakin hakimin cavabı bu olub: "Siz uğurlu idiniz, güclü idiniz, siyasi sistemimizin zirvəsində idiniz . Amma yolun bir yerində, harda olduğunu bilmirəm yoldan çıxdınız"

Prokurorlar Menendezin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Keçmiş senatorun vəkilləri 71 yaşlı kişi üçün tələbi “qisaslı və qəddar” və “ömürlük və ölüm hökmü” adlandırıblar. 

Qeyd olunur ki, o, ABŞ tarixdə xarici agent olduğu üçün mühakimə olunan ilk siyasətçi olduğu üçün onun adı utanc içində hallandırılacaq. 

İyul ayında prokurorların onu Misir hökumətləri adından hərəkət edən insanlardan rüşvət, o cümlədən nağd pul və qızıl külçələr almaqda ittiham etdiyi sensasiyalı məhkəmədən sonra Menendez qəsb, sui-qəsd, ədalətə mane olmaq və xarici agent kimi fəaliyyət göstərməkdə təqsirli bilinib.

Menendez özünü təqsirli bilməyib və hökmdən apellyasiya şikayəti verəcəyini bildirib. O, həmçinin Senatdakı keçmiş həmkarı, keçmiş prezident Co Baydenin əfvinə nail ola bilmədiyi üçün prezident Donald Trampdan əfv istəyib.