ABŞ Senatı Putinin hərbi cinayətkar kimi araşdırılmasını istəyir

ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putinin hərbi cinayətkar kimi araşdırılmasını tələb edən qətnamə qəbul edib.

Bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Bildirilir ki, ABŞ Senatı Vladimir Putinin rəhbərliyi altında Rusiya Silahlı Qüvvələri tərəfindən törədilən zorakılıq, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətləri qəti şəkildə pisləyir.

Sözügedən qətnaməni respublikaçı Lindsi Qrem təqdim edib və qətnamə yekdilliklə qəbul olunub.