Göyərtəsində heç kim olmayan xəyal gəmisi ABŞ-ın Nyu-Cersi ştatında Şrusberi çayının mənsəbində quruya çırpılıb.
Bizimxeber.az bildirir ki, bu barədə "Asbury Park Press" məlumat verib.
Nəşrin məlumatına görə, 10 metrlik sirli yaxta ilə bağlı ilk xəbərlər bir gün əvvəl, yanvarın 30-da gəlməyə başlayıb.
Şahidlər Sandy Huk Körfəzində üzən bir gəmi görüblər. Yaxtanın yanalma xəttinin qopduğu, sol tərəfinə isə cüzi ziyan dəydiyi görünüb.
Sonradan məlum olub ki, yaxta Linda T. adlanır və Nyu-Yorkda qeydiyyatdan keçib. ABŞ Sahil Mühafizəsi və Milli Park Xidməti hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.