ABŞ Rusiyaya gücünü göstərdi: B-52 Baltikdə

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 strateji bombardmançı təyyarəsi güc nümayişi məqsədilə Baltik dənizi üzərində uçub.

Bu barədə Polşa Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Boinq B-52H Stratofortress” strateji bombardmançı təyyarəsi Baltik dənizi üzərində uçub. Bu, Polşa və ABŞ Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin nəticəsidir. B-52H ABŞ-ın gücünü və NATO təhlükəsizliyinə sadiqliyini nümayiş etdirmək üçün Avropaya göndərilib”, - nazirlikdən bildirilib.