ABŞ rusiyalı vəzifəli şəxslərə və jurnalistlərə sanksiyalar hazırlayır

ABŞ-ın Nümayəndələr Palatasının prosedur məsələlər üzrə Komitəsi 35 rusiyalı məmura, iş adamına və jurnalistə qarşı yeni sanksiyaların tətbiq edilməsini tövsiyə edən düzəlişi təsdiqləyib. 

Bizimxeber.az “İnterfaks”a istinadən xəbər verir ki, siyahıya rəsmi şəxslərdən Rusiyanın Baş naziri Mixail Mişustin, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, səhiyyə naziri Mixail Muraşko, Moskva meri Sergey Sobyanin və Moskva vilayətinin qubernatoru Andrey Vorobyov daxildir.

Bundan başqa, RT telekanalının baş redaktoru Marqarita Simonyana, Birinci kanalın rəhbəri Konstantin Ernstə, jurnalist Vladimir Solovyova, iş adamları Gennadi Timçenko, Roman Abramoviç, Oleq Deripaski və Əlişir Usmanova da sanksiya tətbiqi nəzərdə tutulur.

Bu təşəbbüslə konqresmenlər Tom Malinovski və Con Körtis çıxış ediblər. Qanun layihəsi ABŞ Konqresi tərəfindən tam tərkibdə təsdiqlənməlidir.