ABŞ Rusiya səfirliyinin nümayəndəsini Vaşinqtondan qovur

ABŞ Rusiya səfirliyinin nümayəndəsini Vaşinqtondan çıxarır.

Bizimxeber.az xarici mətbuata istinadən bildirir ki, Birləşmiş Ştatların bu addımı Amerika diplomatik missiyasının rəhbərinin müavini Bart Qormanın Moskvadan qovulmasına birbaşa cavab kimi qiymətləndirilir.

"Biz təsdiqləməyə hazırıq ki, ABŞ Rusiya səfirliyini onların müşavirini ölkədən qovduğumuz barədə məlumatlandırıb. Biz bu hərəkətləri Rusiyanın missiya rəhbərimizin müavinini heç bir səbəb olmadan ölkədən çıxarılmasına birbaşa cavab kimi qiymətləndiririk" - deyə baş diplomat bildirib.

Onun sözlərinə görə, rusiyalı diplomatın ölkədən çıxarılması ilə bağlı yaranmış vəziyyətdə ABŞ “paritet və ədalət” prinsiplərini rəhbər tutub.