ABŞ Polşanı super gücə çevirir

ABŞ qoşunlarının Polşada mövcudluğunu dəstəkləyən ABŞ Ordu Qarnizonu bu ay yaradılacaq.

Bizimxeber.az “European Pravda”ya istinadən bildirir ki, bu barədə Pentaqonun sözçüsü bildirib.

Qarnizon Polşanı super hərbi gücə çevirmək üçün yaradılır. 

Bu, Belçika, Almaniya və İtaliyadakı oxşar qarnizonlarla birlikdə Avropadakı səkkizinci və ən böyük ABŞ Ordusu qarnizonudur. Daimi qərargah və qarnizonun yaradılması prezident Co Baydenin NATO sammitində verdiyi qərarla bağlıdır.