Polşa ilk atom elektrik stansiyasının tikintisi üçün Amerikanın Westinghouse şirkətini seçib. Bizimxeber.az bildirir ki, bu barədə hökumətin başçısı Mateuş Moravetski bildirib.
Morawiecki deyib ki, qərar çərşənbə günü Varşavada Nazirlər Kabinetinin iclasında rəsmi olaraq qəbul ediləcək.
ABŞ-ın enerji naziri Cennifer Qrenholm qərarı alqışlayıb. "Bu, gələcək nəsillər üçün Polşa ilə əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində böyük addımdır" dedi.
Qrenholm, Polşanın 40 milyard dollarlıq nüvə layihəsinin ilk hissəsi üçün sərmayə məbləğini qeyd etmədən Westinghouse-u seçdiyini bildirib. 2022-ci ilin sonuna kimi ilk üç reaktor üçün texnologiyanın seçilməsi planlaşdırılır və onlardan birincisi 2033-cü ildə fəaliyyətə başlamalıdır.
Qeyd edək ki, tenderdə Fransanın EDF və Cənubi Koreyanın KHNP konserni də iştirak edib.