ABŞ ordusundakı F-35-lərinin yalnız yarısı işləkdir

"ABŞ ordusunun F-35 qırıcılarından ibarət donanmasının təxminən yarısı işlək vəziyyətdədir". 

Bizimxeber.az "Bloomberg"-ə istinadən xəbər verir ki, bu barədə F-35 proqramının rəhbəri, Hərbi Hava Qüvvələrinin general-leytenantı Mixael Şmidt açıqlayıb.

Bütün tapşırıqlarını yerinə yetirməyə qadir olan təyyarələr - 30% -dən azdır. Bu qəbuledilməzdir və maksimum hazırlığı təmin etmək mənim əsas prioritetimdir.

Xatırladaq ki, ABŞ-ın 2024-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsində 886 milyard dollarlıq sülh dövrünə rekord məbləğdə xərclər nəzərdə tutulub.