ABŞ-nin Təhsil Nazirliyi ləğv edilir

ABŞ Prezidenti Donald Tramp ölkənin Təhsil Nazirliyinin ləğv edilməsi ilə bağlı sərəncam imzalamaq niyyətindədir. 

Bizimxeber.az bildirir ki, bu barədə məlumatı “The Wall Street Journal” (“WSJ”) qəzeti yayıb.

Mənbələrin sözlərinə görə, sərəncam bu gün imzalana bilər. 

“WSJ”, həmçinin yazır ki, Trampın komandası Təhsil Nazirliyinin ləğvini federal qurumların ixtisar edilməsi çərçivəsində müzakirə edir. 

Bildirilib ki, D.Tramp yanvarda səlahiyyətlərinin icrasına başladığı andan bu təşəbbüs hazırlanıb. O, andiçmə mərasimindən sonra vurğulayıb ki, ABŞ hökumətində genişmiqyaslı islahatlar keçirmək niyyətindədir.