“ABŞ-nin başsağlığını qəbul etmirik” - Süleyman Soylu

“Hadisənin haradan və necə koordinasiya edildiyini bilirik. Biz bizə verilən mesajı bilirik. Bizə verilən mesajı aldıq. ABŞ səfirliyinin başsağlığını qəbul etmirik”. 

Bizimxeber.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu terror aktının baş verdiyi İstiqlal küçəsində jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb.