ABŞ Moldovanı Rusiyadan qoruyacaq - Blinken 200 milyon dəstək vəd etdi

ABŞ dövlət katibi Antoni Blinken Moldovaya səfər edib.

Bizimxeber.az bildirir ki, ölkə prezidenti Maia Sandu ilə görüşdə o, Rusiyadan gələn dezinformasiya ilə mübarizəyə 50 milyon dollar ayıracağına söz verib. Respublika enerji təhlükəsizliyini gücləndirmək üçün ABŞ-dan daha 85 milyon dollar alacaq. Dövlət Departamenti rəhbərinin səfəri oktyabrda Moldovada keçiriləcək prezident seçkiləri öncəsi hazırkı hakimiyyətə və şəxsən xanım Sanduya siyasi dəstəyi nümayiş etdirmək məqsədi daşıyır.

ABŞ dövlət katibi Antoni Blinkenin Moldovada prezident seçkiləri ərəfəsində Kişinyova səfəri Vaşinqtonun hazırkı hökumətə və şəxsən ölkə prezidenti Maya Sanduya dəstəyinin bariz siqnalı sayılır.

Maia Sandu ABŞ hökumətindən və Amerika xalqından aldıqları davamlı dəstəyə görə təşəkkür edib: "Əslində, siz bizim arzumuzu dəstəkləyirsiniz - Moldovanın təminatlı sülh, azadlıq və vicdanla işləyənlər üçün firavanlıq ölkəsinə çevrilməsi bizim arzumuzdur”, - deyə o bildirib.