ABŞ məhkəmələri Trampın bu fərmanını blokladı

Merilend ştatının məhkəməsi ABŞ prezidenti Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını bloklayıb.

Bizimxeber.az bildirir ki, bu barədə  "The New York Times" xəbər verib.

Bildirilir ki, ilkin qərar yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilənə qədər qüvvədə qalacaq.

Qeyd edək ki, Vaşinqton əyalət məhkəməsi ABŞ prezidenti Donald Trampın doğum hüququ ilə vətəndaşlıq əldə etmək hüququnu məhdudlaşdıran sərəncamını dayandırıb. Həmçinin ABŞ-ın 18 ştatının və Kolumbiya dairəsinin səlahiyyətli şəxsləri Trampın ABŞ vətəndaşlığının doğum hüququ ilə verilməsini məhdudlaşdıran sərəncamına qarşı məhkəmə iddiası qaldırıb.