Hərbi ekspert Ömər Maarabuni Livanda baş verən peycer partlayışlarında ABŞ, Böyük Britaniya və İsrailin birbaşa iştirakının ola biləcəyini iddia edib.
Bizimxeber.az bildirir ki, bu partlayışlar nəticəsində 9 nəfər ölüb, 2.8 minə yaxın insan isə yaralanıb.
Maarabuni RT ilə müsahibəsində bildirib ki, bu cür əməliyyatları təşkil etməkdə xüsusi nüfuz qazanmış bu ölkələrin hücumlara cəlb olunması ehtimalı böyükdür. O qeyd edib ki, Hizbullahın texnoloji imkanları İsrailin kiber gücü ilə müqayisə olunmaz, buna görə də hücuma cavab verməkdə çətinlik çəkə bilər.
ABŞ-ın rəsmi dairələri isə bu ittihamları rədd edib və Livanda baş verən peycer partlayışlarında heç bir iştiraklarının olmadığını bəyan ediblər.
Hadisə ilə bağlı araşdırmalar davam edir.