ABŞ Konqresi hökumətin maliyyələşdirmə qanun layihəsini qəbul etmədi

Donald Tramp tərəfindən dəstəklənən ABŞ hökumətinin maliyyələşdirilməsinin uzadılmasına dair qanun layihəsi Nümayəndələr Palatasından keçə bilməyib.

Bizimxeber.az bildirir ki, onlarla respublikaçı sənədin əleyhinə səs verib. 

Qeyd olunur ki, hakimiyyətin sürətlə yaxınlaşan hökumətin bağlanmasının qarşısını almaq üçün hələ dəqiq planı yoxdur. Agentlik Trampın yanvarın 20-də vəzifəyə başlamazdan əvvəl qanunvericilərə qərar vermələri üçün təzyiq etdiyini bildirir.

Lakin Respublikaçılar Partiyasının sağ qanadının üzvləri federal hökumətin xərclərini artıracaq və ABŞ borcuna trilyonlarla dollar əlavə edəcək plana yol açacaq paketi dəstəkləməkdən imtina ediblər. Sənədi Konqresin aşağı palatasının 174 üzvü dəstəkləyib, 235-i isə əleyhinə çıxıb.