ABŞ Kiyevə 225 milyonluq yardım paketi ayırdı

ABŞ Ukraynaya 225 milyon dollar dəyərində yeni yardım paketi ayırır.

Bu barədə ABŞ Prezidenti Co Bayden Fransada Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı deyib.

Paketə HİMARS, “Stinger”, HAWK hava hücumundan müdafiə raketləri, haubitsalar, zirehli texnikalar, patrul katerləri, həmçinin “Javelin” və “AT-4” tank əleyhinə sistemlərin və s. silahların verilməsi daxildir.